Siyasət 8 Fevral 2024, 18:21 | Baxış sayı: 217
“Azərbaycan növbəti dəfə demokratiya imtahanını uğurla verdi”

7 fevral seçkiləri demokratik, şəffaf, rəqabətli şəkildə keçdi. Azərbaycan növbəti dəfə demokratiya imtahanını uğurla verdi. Vətəndaşların böyük əksəriyyəti öz səsini 7 namizəd arasından Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə verdi və bununla onun siyasi kursunu dəstəklədiyini, fəaliyyətindən razı qaldırdığını bildirdi”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O qeyd edib ki, prezident seçkiləri həm də dövlətin addımlayacağı yolu müəyyən edir:

“Azərbaycan xalqı dövlətçiliyin inkişafını ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolda, cənab İlham Əliyevin apardığı siyasətdə görür. Seçki bir daha göstərdi ki, Azərbaycan müstəqil dövlət qurmaq və dünya birliyində layiqli yer tutmaq gücündədir”.

demokrat.az

Xəbərlər