Ümumi 23 Avqust 2021, 15:39 | Baxış sayı: 163
Azərbaycan Milli Məclisinin deputatları gələn həftə tətildən qayıdacaqlar.

Azərbaycan Milli Məclisinin deputatları gələn həftə tətildən qayıdacaqlar.

"Report" -un məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edəcək.

Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabr ayından başlanılacaq.

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Xəbərlər