KOMİTƏ İCLASLARI 1 Fevral 2023, 14:59 | Baxış sayı: 193
"Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv edilməlidir"

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ləğvi təklif olunub.

APA-nın xəbərinə görə, belə təkliflə Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında deputat Elman Nəsirov bildirib.

Deputat Tehrandakı səfirliyimizə hücumun beynəlxalq terror əməli olduğunu vurğulayıb: “Hədəf olaraq isə Azərbaycan dövləti, xalqı seçilib. Bu terrora cavab olaraq Azərbaycanın İrandakı səfiri geri çağırıldı. Milli Məclis də analoji addım atsın, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ləğv edək”.

Deputat Fəzail Ağamalı da bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücumu terror aktı kimi dəyərləndirilməlidir.

Deputat deyib ki, mola-fars rejimi İranda istintaqın ədalətli aparılmasına imkan verməyəcək: “Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti də cinayət işi açıb. İnanıram ki, DTX-nin araşdırması nəticəsində terror aktına görə İranın molla-fars rejiminin məsuliyyət daşıdığı əksini tapmalıdır. İranla bütün əlaqələr son qoyulmalı, layihələr dayandırılmalıdır. Eyni zamanda Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu da buraxılmalıdır”.

Xəbərlər