"Azərbaycan hökumətinin jurnalist oğurlatmaqla heç bir əlaqəsi yoxdur".
“Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Soso Qoqaşvilinin jurnalist Əfqan Muxtarlını hakim Gürcü Arzusu Partiyasının yaradıcısının əmri ilə Gürcüstandan oğurlanması barədə səsləndirdiyi ittiham şər-böhtandan başqa bir şey deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib.
“Əgər bu, belə olmasaydı, Dövlət Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləmiş bir şəxsdə bununla bağlı bir əsas olardı. Hesab edirəm ki, həbsə düşəndən sonra bəzi insanlar dövləti ittiham etməklə, sadəcə, özünə haqq qazandırırmağa çalışırlar. Azərbaycan hökumətinin jurnalist oğurlatmaqla heç bir əlaqəsi yoxdur. Əgər hökumət adam oğurluğu ilə məşğul olsaydı, xaricdə oturub ölkəmizin ünvanına şər-böhtan və təhqir yağdıranları oğurlatdırardı. Ona görə də bu barədə səsləndirilən fikirlərin əsassız olduğunu hesab edirəm”, - deputat bildirib.