Cəmiyyət 27 Sentyabr 2023, 16:26 | Baxış sayı: 118
"Azərbaycan gender bərabərliyi üzrə müxtəlif beynəlxalq sənədləri ratifikasiya edib"

Azərbaycanda qadınlarla bağlı məsələlərin həlli üçün qanunlar qəbul olunur, fərman və sərəncamlar imzalanır. Müvafiq beynəlxalq sənədlərin ölkəmizdə tətbiq olunması ilə qadın hüquqlarının reallaşması və təminatı istiqamətində ciddi nailiyyətlər əldə edilir.

Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda söyləyib.

O qeyd edib ki, Azərbaycan gender bərabərliyinin təmin edilməsi üzrə müxtəlif beynəlxalq təşkilatların sənədlərini ratifikasiya edib.

AZƏRTAC

Xəbərlər