KOMİTƏ İCLASLARI 11 Noyabr 2022, 15:02 | Baxış sayı: 276
"Azərbaycan dilinin, mədəniyyətinin dünya azərbaycanlıları arasında təbliği üçün fond yaradılmalıdır"

"Azərbaycan dilinin, mədəniyyətinin dünya azərbaycanlıları arasında təbliği üçün müvafiq fond yaradılmalıdır".

Bunu deputat Asim Mollazadə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 11-da keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu fond zəruri vəsaitlə təmin edilməlidir: "Bununla da dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin təhsil məsələsi də bu yolla müəyyən qədər həll oluna bilər".

A.Mollazadə bildirib ki, vahid türk təhsil sisteminin və əlifbasının yaradılması ilə bağlı işlər görülməlidir.

Deputat vurğulayıb ki, Ermənistan hər zaman terror şəbəkəsinə dəstək olub: "Azərbaycan bu istiqamətdə görəcəyi işləri gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı da müəyyən cəhdlər edə bilərlər. Azərbaycanın xarici kəşfiyyatı və diplomatik əlaqələri gücləndirilməlidir”.

Mənbə: report.az

Xəbərlər