İctimai Dinləmə 27 Oktyabr 2023, 15:25 | Baxış sayı: 185
“Avropada son dövrlərdə uşaq dünyaya gətirmirlər”

“Avropada statistikaya, demoqrafiyaya baxın, son dövrlər uşaq dünyaya gətirmirlər”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova oktyabrın 27-də parlamentdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan QHT-dən biri BMT-yə alternativ hesabat göndərib: “Orada yazıblar ki, Azərbaycanda guya 70 faiz qadınlar xüsusi yoxlamadan keçirilir. Bu fikir heç bir məntiqə sığmır.

Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi xüsusi yoxlamadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirləri üzə çıxarırlar. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət pisləşməyib, doğum aşağı düşməyib”.

report.az

Xəbərlər