“Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq və gücsüzlük göstəricisidir”
Plenar iclaslar
6 Oktyabr 2023, 12:23 | Baxış sayı:
249
“Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamofob qətnamədir”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin payız sessiyasının oktyabrın 6-da keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb: “Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxaqlığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz. Bu qətnamə də əvvəlki qətnamələr kimi tarixin zibilliyinə atılacaq”.
report.az