Cəmiyyət 11 Avqust 2022, 14:02 | Baxış sayı: 246
“Aşura günündə dövlət bayrağı qaldırılıbsa, bu, o demək deyil ki, “Quran”ın ayələri də, namaz da milli dildə oxunmalıdır".

“Aşura günündə dövlət bayrağı qaldırılıbsa, bu, o demək deyil ki, “Quran”ın ayələri də, namaz da milli dildə oxunmalıdır. Qanuna görə, dini şüarların və bayraqların qaldırılması qadağandır. Bu ona görə qadağan olunub ki, radikal dini qruplar din pərdəsi altında insanları yanlış yollara çəkməsinlər. Dini bayraqlar və şüarlar dini təbliğata cəlb etmək üçün insanlar tərəfindən sonradan meydana gətirilmiş məhsullardır. Amma “Qurani-Kərim” ərəb dilində nazil olunub və bütün islam dünyası bu müqəddəs kitabın surələrini ərəb dilində oxuyur, rituallar ərəb dilində icra olunur. O cümlədən namaz da buyurulduğu ərəb dilində qılınır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və din komitəsinin üzvü Azər Badamov deyib.

 

Deputat bildirib ki, namaz qılınan yerlərdə dili fərqli olan yüzlərlə insan ibadət edir: “Dini ibadət yerlərinin qapıları hər bir müsəlman üçün dilindən asıllı olmayaraq açıqdır. Təsəvvür edin ki, hər bir şəxs öz dilində namaz qılsa, o məkanda necə bir səs küylü, anlaşılmaz aura yaranar. Bütün müsəlmanların qəbul etdiyi dil ərəb dilidir. Milliyyətindən və dilindən asıllı olmayaraq müsəlmanlar namaz qılanda, hamı səs-səsə verir və gözəl bir ahəng yaranır. “Quran” sürələri ərəb dilində oxunanda elə bilirsən ki, hamı başa düşür və hamının ürəyincə olur. Əgər kimsə daha dolğun mənasını anlamaq istəyirsə, “Quran”ın tərcüməsini oxuya və hər bir surədə nə deyilirsə, anlaya bilər. “Quran” sürələri oxunanda hətta ərəb dilini bilməyən və oxunanda mənasını başa düşməyən hər bir müsəlman üçün də xoş olur”.

Xəbərlər