Plenar iclaslar 8 Dekabr 2023, 13:55 | Baxış sayı: 84
"Arbitraj məhkəməsi ifadəsini işlətmək yersizdir"

“Arbitraj haqqında” qanun layihəsində arbitraj məhkəməsi ifadəsini işlədirik, bu, yersizdir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Arbitraj haqqında” qanunun müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, arbitrlər hakim sayılmır: “Konstitusiyada da qeyd edilir ki, eyni terminlər birmənalı işlənməlidir. Məhkəmə sisteminə hansı struktur daxildir, bilirik. Arbitraj məhkəməsi sözünü işlətmək yersizdir, sadəcə, arbitrajlar kimi qeyd olunmalıdır. Arbitrlər vətəndaşlığı olmayan şəxslər, əcnəbilər də ola bilər. Amma hakimlər Azərbaycan vətəndaşı olmalıdır. Xaricdən arbitrlərin ölkəyə cəlb olunması, vətəndaşlara Türkiyədən, xaricdən arbitrləri seçmək hüququ verilməlidir. Məsələyə geniş baxmaq lazımdır”.

APA

Xəbərlər