Cəmiyyət 5 İyul 2022, 14:26 | Baxış sayı: 159
“AMEA və Milli Məclis Rusiyadan tələb etməlidir ki, tarixi cinayətlərini etiraf etsin".

“Azərbaycan Milli Elmlər Akademiyası və Milli Məclis Rusiyadan tələb etməlidir ki, tarixi cinayətlərini etiraf etsin. Rusiya Azərbaycan ərazisində süni yaratdığı erməni dövlətini etiraf eləsin. Etiraf etməsə belə, hər halda bilsin ki, biz haqqımızı tələb edirik”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli deyib.

O bildirib ki, Qafqaz Albaniyası haqqında mütləq konstitusiya qanunu qəbul edilməlidir:

“Biz mütləq bunu etməliyik. Cənubi Dağıstanı çıxmaqla Azərbaycan onun ərazisində yerləşib. Əgər biz onun hüquqi varisiyiksə, konstitusiya qəbul edib onun varislikdən doğan bütün hüquqi mexanizmlərini işə salmalıyıq. Biz BMT-yə, beynəlxalq məhkəmələrə müraciət etməliyik”, - deyə o söyləyib.

Xəbərlər