Plenar iclaslar 30 Sentyabr 2021, 14:30 | Baxış sayı: 255
“Alimentlərlə bağlı icra olunmayan məhkəmə qərarlarının sayı getdikcə artır”.

“Alimentlərlə bağlı icra olunmayan məhkəmə qərarlarının sayı getdikcə artır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Q. Paşayeva qeyd edib ki, bu halda uşaqlar əziyyət çəkir, qurban olur: “Alimentlərlə bağlı məhkəmə qərarlarının icrası prosesinə yenidən baxılmalıdır. Biz çox acınacaqlı durumlarla üzləşirik. Bu məsələ ilə bağlı dinləmə keçirə biləriksə, keçirək’.
Parlamentin komitə sədri icbari tibbi sığorta ilə bağlı da problem olduğunu vurğulayıb: “Artıq sonsuzluq getdikcə artır. Heç olmasa bir ailə dövlət hesabına bir dəfə süni mayalanma edə bilsin. Qanunun müzakirəsi zamanı cəmiyyətə də bu məsələnin paketə daxil olacağı açıqlanmışdı, amma icbari tibbi sığorta paketinə daxil edilməyib. Limitlə də olsa, bu məsələ paketə daxil edilməlidir. Müvafiq qurumu da bu məsələyə yenidən baxmağa çağırırıq. Övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir”.

Xəbərlər