Siyasət 25 Sentyabr 2023, 16:02 | Baxış sayı: 133
“Albertin Bakıdakı heykəlini Xankəndinin girişində ucalda bilərik”

“Prinsipcə Milli Qəhrəman Albert Aqarunovun heykəlini Xankəndinin girəcəyində vurduğu tankın yerində ucaltmaq olar. Qoy Aqarunovun heykəli Bakıda da olsun, Xankəndidə də. Əlbəttə, Bakıdakı heykəlin Xankəndiyə aparılmasının da rəmzi mənası olar”. 

Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. 

“Necə ki Xankəndinin girəcəyindəki tankı gətirib Hərbi Qənimətlər Parkında yerləşdirdik, qalib əhvali-ruhiyyə yaratmaq üçün Aqarunovun da heykəlinin bünovrəsini böyüdüb, daha da görkəm verməklə Xankəndinin girişində ucalda bilərik. Beləliklə,  səfər zamanı, insanlar yol keçəndə belə Albertin heykəlini ziyarət edərlər. Hamı bilər, dost da, düşmən də öz hesabını götürər. Təklifi yüksək qiymətləndirirəm. Baş tutsa, yaxşı olar”, - deputat bildirib. 

pravda.az

Xəbərlər