Siyasət 27 İyul 2023, 12:57 | Baxış sayı: 158
“Aİ-nin təxribatçı missonerləri Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığında azərbaycanlıların erməniləri necə “blokadada saxlaması”nı qeydə almağa hazırlaşırlar”

“Avropa İttifaqının təxribatçı missonerləri Laçın sərhəd-buraxılış məntəqəsi yaxınlığında mövqe tutub azərbaycanlıların  erməniləri necə “blokadada saxlaması”, “beynəlxalq hüququ necə pozmasını” qeydə almağa hazırlaşırlar”.

 

Bunu deputat Bəhruz Məhərrəmov bildirib.

“Bütün bunlar göstərir ki, humanitar böhran şousu səbəbsiz deyil, ermənilər Ağdam-Xankəndi yolundan təsadüfən imtina etmir. Bu israrın kökündə hansısa “qürurlu davranış” dayanmır, baş verənlər sadəcə bir mərkəzdən idarə olunan anti-Azərbaycan fəaliyyətin, “fransız pensiyaçı polislər” isə bu ssenarinin bir hissəsidir”, - B.Məhərrəmov qeyd edib.

pravda.az

Xəbərlər