Plenar iclaslar 6 İyun 2023, 14:33 | Baxış sayı: 154
"Ağsu dolayları ilə bağlı danışmaqdan bezmişəm"

"Ağsu dolayları ilə bağlı danışmaqdan bezmişəm".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

O, Ağsu dolayları haqqında hər il danışdığını xatırladıb: "Ağsu dolayları haqqında hər il danışıram. Özüm də bezmişəm. Hər dəfə yazılı deyirlər ki, gələn il olacaq, amma olmur. Məsələləri qaldırırıq, özümüz deyib, özümüz eşidirik. Nə qədər təklif irəli sürmüşəm, ancaq biri də icra olunmur. Xahiş edirəm, qaldırılan məsələlərə diqqət yetirilsin. Seçicilərimiz əvvəl deyirdilər ki, bu məsələni qaldırın. İndi isə deyirlər ki, qaldırdığınız məsələlərin nə xeyri var? Hansı qaldırdığınız məsələ qəbul olunub? Ona görə də hökumətdən qaldırdığımız məsələləri yerinə yetirməsini xahiş edirəm".

Xəbərlər