Plenar iclaslar 31 May 2023, 13:24 | Baxış sayı: 173
"Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır"

“Ölkəmizdə maliyyə sahəsində problemlər var. Şəffaflığın olmadığı göz önündədir. Daxil olan informasiyalar göstərir ki, ölkədə maliyyə şəffaflılığı ilə bağlı çox iş var. Hesablama Palatasının təqdim etdiyi hesabatları qənaətbəxş hesab etməklə işimizi bitmiş hesab edirik”.

Demokrat.az 
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

“Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır. Sosial müdafiəyə ayrılan pulların xərclənmədiyini görürük. Milli Məclisdə “Büdcə və büdcəyə nəzarət” komitəsi yaradılmalıdır. Bundan əlavə Milli Məclisin bu komitəsi ciddi büdcə pozuntularını izləməli, qanun pozuntuları zamanı hesab sormalıdır. Milli Məclis təkcə dövlətdən qanun layihələri gözləməli deyil. Hətta biz görürük ki, bəzi dövlət orqanları hələ də hesablarını verməyiblər.

Bu nə özbaşnalıqdır? Bundan başqa bəzi qurumlar var ki, maliyyəni hələ də öz hesabında saxlayır. Xidmət haqqının çox olduğu AZAL-a niyə subsidiyalar verilməlidir ki, bu qədər vəsaiti yenidən öz hesablarında saxlasınlar”,- deyə deputat bildirib. 

Xəbərlər