Plenar iclaslar 8 Dekabr 2023, 13:56 | Baxış sayı: 111
"5 min nəfəri güclə toplayan partiyaların seçkilərdə 40 min imza toplaması inandırıcı görünmür"

Müxalifət nümayəndələrinə üzümü tuturam, gəlin, seçkilərdə iştirak edin.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, sosial bazaları varsa, gəlib göstərsinlər: “5000 nəfəri güclə toplayan siyasi partiyaların seçkilərdə 40 min imza toplaması inandırıcı görünmür. Müxalif partiyalar elə hey deyirdi ki, seçkilər, seçkilər... Gəlin, bu da seçkilər. Gəlin göstərin ki, sizin nə qədər elektrotanız var, sosial bazanız var”.

APA

Xəbərlər