Siyasət 8 Fevral 2023, 15:47 | Baxış sayı: 127
"“5-ci kolon" dövlətin qazandığı uğurlara kölgə salmağa çalışır"

 ”Azərbaycanın güclü ölkəyə çevrilməsini bəzi dairələr həzm edə bilmir. Belə ki, iki ildən çox vaxtdır ki, Azərbaycan 30 illik işğala son qoyub və ermənilərin viran qoyduğu ərazilərdə yenidənqurma və bərpa işləri aparır. Görülən işlərin miqyası çox genişdir və  işğaldan azad olunmuş ərazilərdə müasir səviyyədə həyat şəraiti yenidən qurulur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib. Deputatın fikrincə, paralel olaraq Zəngəzur dəhlizinin açılması gündəmdədir və Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz tarixi torpaqlarına qaytarılması üçün konsepsiya hazırlanır:

"Ordunun müasir standartlara uyğunlaşdırılması və bundan sonra baş verəcək hər hansı bir təhdidi beşiyindəcə boğa bilən ordu yaradılır. Digər tərəfdən, Azərbaycan Avropanın enerji təhlükəsiziliyinin təminatçısına çevrilir və yeni layihələrin icra edilməsini gündəliyə daxil edir. Azərbaycanın qazandığı uğurları həzm edə bilməyən dairələr Tehranda səfirliyimizə silahlı basqın təşkil edir və həm də ölkə daxilində siyasi sabitliyi pozmağa cəhd edirlər. Belə ki, "5-ci kolon" adlandırılan, xarici dairələrə işləyən müəyyən qüvvələr fürsət axtarırlar ki, dövlətin qazandığı uğurlarına kölgə salsın, dövlət gücsüzləşsin. Təbii ki, dövlətimizin uğurları artdıqca, uğurlarımızı həzm edə bilməyən qüvvələr də yavaş-yavaş üzə çıxacaq. Amma dövlətimizin müvafiq strukturları çox operativ xidmətdədir və hansısa təhlükə yaranacağı  təqdirdə belə, ünsürləri dərhal zərərsizləşdirmək iqtidarındadır. Xalqımız da dövlətimizin uğurları ilə qürur duyur və doğma Azərbaycanın daha da güclənməsi üçün öz prezidentinin yanında birləşmişdir".

Xəbərlər