Siyasət 24 Avqust 2023, 17:30 | Baxış sayı: 196
"30 yaşdan yuxarı evlənməyən şəxslərin vergiyə cəlb olunmasını təklif etməmişəm"

Sosial mediada məlumat yayılıb ki, guya 30 yaşdan yuxarı evlənməyən şəxslərin vergiyə cəlb olunmasını təklif etmişəm. Əvvəllər Türkiyədə belə təklif olmuşdu, Azərbaycanda da əvvəllər “subaylıq vergisi” vardı. Mən isə belə təklif verməmişəm, hətta bunun mümkün olmadığını bildirmişəm.

 

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

 

“Məni xalqın gözündən salmaq istəyirlər, xahiş edirəm, inanmayın”, - deputat qeyd edib.

 

pravda.az

Xəbərlər