Plenar iclaslar 5 Aprel 2022, 14:05 | Baxış sayı: 115
"3-4 aydan bir feminist adıyla aksiyaya çıxırlar".

“Prezident İlham Əliyevin qətiyyəti sayəsində Fərruxda nəzarət ələ alındı”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat Ukraynaya dəstək mitinqi etmək istəyən qüvvələrin üzə çıxmasına da toxunub: “Bunların məqsədi bəllidir, sahiblərindən aldıqları təlimatları həyata keçirirlər. Hamımız bilirik ki, Ukraynadakılara mitinqdən çox yardım lazımdır. Niyə bir dəfə I Qarabağ müharibəsində itkin düşən 4000-ə yaxın azərbaycanlının taleyi ilə bağlı mitinq keçirmirlər? Xaricdə oturanlar niyə gedib Avropa Parlamentinin qarşısında Ermənistana qarşı aksiya etmirlər? 3-4 aydan bir feminist adıyla aksiyaya çıxırlar. Niyə bu feministlər erməni təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşən azərbaycanlı qadınların taleyi ilə bağlı mitinq keçirmirlər?”.

B. Məhərrəmov vurğulayıb ki, insanlar avam deyil ki, bütün bunları hamı başa düşür: “Mən öz dairəmin timsalında deyirəm, qohum-əqrabanızdan və 3-5 demaqoq və yazı-pozu ilə reketlik edənlərdən başqa heç kim dalınızca getmir. İnsanların seçimi bəllidir. İndi iqtidarla düşmənsiz, bu başqa məsələ. Xalqın fikrinə niyə hörmətlə yanaşmırsız? Bu nə düşüncədir, xalqın fikriylə hesablaşmıram, amma xalqı idarə etmək istəyirəm. Bax budur bunların demokratik düşüncəsi”.

Video

Xəbərlər