Sosial 29 Sentyabr 2022, 12:37 | Baxış sayı: 1828
"2023-cü ildə minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarının daha çox artırılmasına ehtiyac var"

“Əhalinin sosial müdafiəsinin gücləndirlməsi üçün hər il pensiyalar, müavinətlər artırılır. Pensiyaların artırılması 2023-cü ildə də gözlənilir. Həm də mütəmadi olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqları da artırılır. Amma heç bir ölkədə əmək haqqı və pensiya eyni həcmdə olmur.  Ona görə də, artımlar ediləndə əmək haqları pensiyalara nisbətən daha çox artır”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Azər Badamov pensiyaların məmur maaşlarına nisbətən az miqdarda artırılması barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

 

“2023-cü ildə minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarının daha çox artırılmasına ehtiyac var. Çünki minimum əmək haqqı, yaşayış minimumu və ehtiyac meyarının artırılması əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsini gücləndirəcək və baş verən qiymət artımlarının təsirlərini müəyyən qədər azaldacaq”, - deputat bildirib.

Xəbərlər