Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 18:39 | Baxış sayı: 3568
“2023-cü ildə artıq ünvanlı sosial yardım yaşayış minimumuna uyğunlaşdırılacaq”.

“2023-cü ildə artıq ünvanlı sosial yardım yaşayış minimumuna uyğunlaşdırılacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq 5%-ə enir: “Yəqin ki, 2023-cü ildə bu fərq tamamilə aradan qalxacaq və büdcədə ehtiyac meyarı anlayışına ehtiyac qalmayacaq. Ehtiyac meyarı yaşayış minimumu ilə bərabərləşdiriləcək”.

Xəbərlər