"200 il sonra da xalq Heydər Əliyevi yad edəcək"
"Bu gün Azərbaycan xalqı çox böyük hörmət və ehtiramla özünün ulu öndəri, böyük dövlət xadimi Heydər Əliyevin xatirəsini yad edir. H Əliyev öz əməlləri ilə Azərbaycan xalqının tarixində "əbədiyaşar" statusunu qazanıbdır. Bu gün Azərbaycanın inkişafı, beynəlxalq münasibətlərdə yerinin, rolunun artması, Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, tarixi zəfərimiz əldə etdiyimiz bütöv böyük qələbəmiz, ərazi bütövlüyümüzün bərpa olunması böyük dövlət xadimi H. Əliyevin müəyyənləşdirdiyi, əsasını qoyduğu siyasət sayəsində mümkün olubdur".
Bunu Faktmedia.az-a millət vəkili Hikmət Babaoğlu deyib.
H. Babaoğlu əlavə edib ki, aradan illər keçəcək, Azərbaycan xalqı 100 il, 200 il bundan sonra da H. Əliyevin xalqımız, dövlətimiz qarşısında göstərdiyi xidmətləri əsla unutmayacaq, hər zaman böyük ehtiramla yad edəcək:
"H.Əliyevin müəyyənləşdirdiyi yol bu günkü qüdrətli Azərbaycan, əldə etdiyimiz tarixi zəfərimizdir. Azərbaycan xalqı bu gün Bakıda öz ümummilli liderini yad edərkən Azərbaycan prezidenti, müzəffər Ali Baş Komandan Şuşadan Azərbaycan xalqına müraciət etdi. Bu da təsadüfıi deyildir. H. Əliyevin qoyduğu yol, etdiyi vəsiyyət bizi Şuşaya gətirib çıxartdı. Azərbaycan prezidenti Şuşanı qələbəmizin simvolu adlandırdı. Böyük dövlət xadimi H. Əliyev Azərbaycanın qələbəsini nəinki görürdü, Azərbaycanı bu qələbə üçün hazırlayan siyasəti həyata keçirirdi. Ulu öndər dünyasını dəyişən zaman Azərbaycan prezidentinə vəsiyyət etmişdi ki, " Mənim ən böyük arzum Şuşanı azad görməkdir". Bu gün Azərbaycan prezidentinin Şuşadan Azərbaycan xalqına səslənməsi, bu gün Şuşada "Xarı bülbül" festivalının keçirilməsi də, Qarabağda böyük qayıdışın təntənəsinin yaşanması da H. Əliyev siyasətinin nəticəsidir. Bütün bu xidmətlərinə görə Azərbaycan xalqı öz xilaskarını, ulu öndəri daima yad edəcək".