İctimai Dinləmə 31 Oktyabr 2023, 14:01 | Baxış sayı: 157
"1903-cü ilə aid olan xəritədə Qərbi Azərbaycanda bir dənə də olsun erməni adı tapa bilməzsiniz"

"1903-cü ilə aid olan xəritədə Qərbi Azərbaycanda bir dənə də olsun erməni adı tapa bilməzsiniz. Oradakı bütün adlar türk adlarıdır".

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

"Bu, hərbi yönümlüdür və hesab edirəm ki, çox vacib xəritədir. Qayıdışımız zamanı biz bu xəritədən mütləq istifadə etməliyik" - deyə o, qeyd edib. APA

Xəbərlər