2022-ci ilin Yaz Sessiyası ərzində Milli Məclisin deputatları tərəfindən LGBT fərdlərinə yönəldilmiş nifrət nitqləri
2022-ci ilin Yaz Sessiyası ərzində Milli Məclisin deputatları tərəfindən LGBT fərdlərinə yönəldilmiş nifrət nitqləri:
Eldar Quliyev: "LGBT-nin təbliği mentalitetimizə yaraşmayan işdir. Bunu bizə Avropadan gətiriblər, inteqrasiyanın sonu da elə budur. Deyirlər, Avropaya inteqrasiya edin, inteqrasiya olunanda da, görürsünüz də, cavanlar nə ilə məşğul olurlar... Bəlkə də siğə edib evlənirlər, çünki bizdə belə bir qanun yoxdur. Belə işlərin qarşısını almaq üçün təbliğat aparmaq, gənclərlə iş aparmaq lazımdır. Kişi kişidir, qadın qadındır, yəni xəstədirlərsə, getsinlər müalicə alsınlar".
Xarici təşkilatlarla onların əlaqələri var, gedirlər, gəlirlər... Bizim xaricdə oturan bəzi ağzıgöyçəklər, söyüş söyənlər getsinlər orada bununla məşğul olsunlar. Onun-bunun balasını, qızını, ailəsini söyüşlə təhqir etməsinlər. Cəmiyyət buna qarşı olmalıdır. Çünki ta qədimdən Azərbaycanda belə şeylər qəbul olunmayıb. Düzdür, biz demokratik dövlətik, ancaq bu o demək deyil ki, kim nə istəsə, necə istəsə o cür də etsin. Bu “üzdəniraqlar”ı ya tərbiyə etmək, ya da ölkədən çıxarmaq lazımdır”.
Tahir Rzayev: Mitinqlər keçirirlər ki, "azadlığımız təmin olunmalıdır, bizə müəyyən səlahiyyətlər verilməlidir". Nəyə görə, kimsən axı sən? Əgər sən bir kişi, bir qadın kimi bu hisslərdən uzaqsansa, nəyi etibar etmək olar? Belə hallara çox pis baxıram. Bəzi ağsaqqllar, ağbirçəklər var ki, belə şeyləri eşitdikdə, elə bil, dəli olurlar. Sən boş-boş məsələlərə baş qoş, bununla da meydanlara çıx ki, “mən işlə təmin olunum”. Hesab edirəm ki, bunlara heç bir iş verilməməlidir. Onlar müəyyən qaydada cəmiyyətdən təcrid olunub, tərbiyə olunmalıdırlar. Bizim müsəlman olmağımız, babalarımızın bizə miras qoyduğu adət-ənənələrimiz geniş şəkildə izah edilməlidir.
Cavid Osmanov: Cəmiyyət LGBT nümayəndələrini, feministləri tamamilə təcrid etməlidir və edir də! Onların cəmiyyətə heç bir inteqrasiyası olmamalıdır. Onlar Azərbaycan cəmiyyətinə yalnız mənfi təsir edirlər.
Tahir Kərimli: "Biz İstanbul Konvensiyasının təsdiqinin əleyhinə olmuşuq. Özüm şəxsən buna Parlamentdə, hər yerdə ciddi etriaz etmişəm. Belə tiplər Azərbaycanda yüz mində birdir. "Üzdəniraq"lara şərait yaradılması çox pis haldır. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycanda hüquq sisteminin əsaslarından biri adət hüququdur. Bizim adətlərimiz var. Mill adət-ənənəmiz "üzdəniraq"ları inkar edir, normal hesab etmir.
Utanırıq ki, bunlar var və belə insanlar ölkəmizdə fəaliyyət göstərir. Xəcalət hissi keçiririk. Bunlar təqib edilməli, izolyasiya olunmalıdır. Həmin insanlar cəmiyyətin ruslar demiş “otxod”larıdır. Azərbaycana həddən çox mənfi təsir edirlər. Ona görə də bunlara hər hansı hüquqi sistem yaradılmamalıdır"