Plenar iclaslar 30 Dekabr 2023, 15:09 | Baxış sayı: 67
"Zori Balayanla bağlı Avropa Məhkəməsinə müraciət etməliyik"

Avropa Şurasında mənəvi terrorla məşğul olurlar.

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 30-da payız sessiyası üzrə keçirilən son plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, dəfələrlə Azərbaycana qarşı terror aktları törədilib: “Bunu da həmin hərəkəti edənlər özləri boynuna alıb. Misal olaraq, Xocalı soyqırımı ilə bağlı Zori Balayan uşaqların necə yandırıldığını, vətəndaşlarımızın başına acılan müsibətlərlə bağlı özü kitab yazıb. Həmin kitabı da özü təqdim edib. Bax, biz də həmin kitabı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və digər məhkəmələrə təqdim etməliyik. Bütün faktları biz yox, məhz özləri etiraf edir ki, türklərə qarşı nifrətimiz var. Onlar etnik və milli təmizləməyə görə dünyada ən böyük cinayəti törədiblər”.

S.Novruzov qeyd edib ki, ən böyük terror mənəvi terrordur: “Bu gün Avropa Şurasında, Avropa Parlamentində mənəvi terrorla məşğul olurlar. Bəzi adamları çağırıb Azərbaycan əleyhinə fikir söylədirlər. Azərbaycanda maşın yuyanları, satanları, ailə tərbiyəsi olmayanları orada çıxış etdirirlər. Ora gedən bizim deputatlara hücum çəkirlər. Odur ki, bu mənəvi terrorun da qarşısı alınmalıdır. İnsanların ailəsini təhqir edib söyüş söyürlər. Milli Məclisin bütün deputatlarını təhqir edirlər. Protokolları təsdiq edəndə, gərək qarşılığında vəsatət qaldıraq ki, bizim işimizə qarışmasınlar. Heç kəsin daxili işlərinə qarışmadığımıza görə kimsə də bizim işimizə qarışmasın. Protokollarda qəti fikrimizi ortaya qoymalıyıq”.

report.az

Xəbərlər