Plenar iclaslar 20 Oktyabr 2023, 12:57 | Baxış sayı: 142
“Zahid Oruc bizi məlumatlandırsın ki, hansı parametrə uyğun 4-cü Respublika qurulduğunu deyir”

“Zahid Oruc bizi məlumatlandırsın ki, hansı parametrə uyğun 4-cü Respublika qurulduğunu deyir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, bu, dövlət üçün vacib məsələdir: “Tarix birdir, tarixi inkişaf etdirən də birdir, ərazini işğaldan azad edən bəllidir. Bizim 4-cü Respublikamız hələ olmayıb. Mən heç arzu da etmirəm ki, 4-cü Respublikamız olsun. Çünki 3-cü Respublikamız var və torpaqlarımızı işğaldan azad edib”.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməliyik. O bildirib ki, 1991-ci ildə Müstəqillik Bəyannaməsi qəbul ediləndə Xankəndi, Qarabağın inzibati ərazisinin 1/3-i Azərbaycanın nəzarətində deyildi: “Vətən müharibəsində qazanılan Zəfər millətimizə 20 sentyabr bütövlüyündən doğulan Yeni müstəqillik günü bəxş edib. Biz əvvəlki təqvimləri yeniləməli, 4-cü Respublikanın Qələbə tarixini milli “Müstəqillik günü” kimi rəsmiləşdirməli və əbədiləşdirməliyik”.

APA

Xəbərlər