"Yüksək məbləğli təhsil haqlarının müqabilində keyfiyyətsiz təhsil vermək vicdansızlıqdır"
“Tədris ili başlayıb, lakin Dövlət İmtahan Mərkəzi (DİM) hələ də tələbələrin əmrlərini Ali məktəblərə göndərməyib. Görəsən, səbəb nədir? Bəlkə elmi-statistik təhlil aparırlar? Niyə Elm və Təsil Naziri bunu DİM rəhbərindən soruşmur? Daha bir vacib məqam. Ali məktəblərə xarici tələbələrin qəbulunu Elm və Təhsil nazirliyi aparır. Bu absurddur! Sonra deyirik ki, universitetlərimizə oxumağa gələn xarici tələbələrin sayı ilbəil azalır...”
Bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.
E.Əliyev qeyd edib ki, tələbə adını qazanan 2 395 nəfər təhsil almaqdan imtina edib: “Səbəb nədir? Elm və Təhsil Nazirlyi və DİM hələlik susur. Özəl ali məktəblərə niyə etimad azalıb? Bəlkə bu tip ali məktəblər kolleclərə çevrilsinlər? Bunu eşidən bizim özəl ali məktəb rəhbərləri, yəqin ki, inciyəcəklər. kolleclər Qərb və Amerika təhsil sistemlərinin özəyi sayılır. İnanın ki, bizimkilər o ölkələrin kollec proqramları əsasında da təhsil qura bilməzlər. Bəli, paradiqma dəyişib hər şeyi pul həll edir, ancaq yüksək məbləğli təhsil haqlarının müqabilində keyfiyyətsiz təhsil vermək vicdansızlıqdır, cəmiyyəti aldatmaqdır. Sui- istifadədir, kasıbların götürdükləri bank kreditlərinin hesabına varlanmaqdır. Milyonçu olmaqdır... Dünyanın hansı ölkəsində özəl ali məktəblər “ailə universitetidir”? Ax, mentalitet, mentalitet!”
Mənbə: Pravda.az