Siyasət 3 May 2023, 13:37 | Baxış sayı: 158
"Yəqin ki, yaxın vaxtlarda sülh sazişinin bağlanması həyata keçiriləcək"

“Sülh sazişi ilə bağlı ciddi danışıqlar gedir. Hesab edirəm, bu, ümumi işin sürətlənməsinə kifayət qədər dəstək olacaq. ABŞ-da aparılan danışıqların detallarından da görünür ki, Azərbaycanın təklifləri öz əksini tapıb. Yəqin ki, yaxın vaxtlarda sülh sazişinin bağlanması həyata keçiriləcək. Çünki regionda, ümumiyyətlə, dünyada baş verən proseslər göstərir ki, Cənubi Qafqazda sabitliyin təmin olunması vacib amillərdən biridir. Ona görə də sülh əsas şərtdir. Ayrı-ayrı dövlətlər də sülhün əldə olunmasına çalışırlar. Güman edirəm, yaxın vaxtda həllini tapacaq. Mayın sonuna qədər sülh sazişinin bağalanacağını təxmin edənlər də var. Hər halda yayda konkret olaraq detalların həllini tapacağını güman edirəm”.

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

Deputat “ABŞ-ın fəallaşmasından sonra Rusiyanın mövqeyi necə olacaq? Qarabağda hər hansı təxribatlar ola bilərmi?” sualına isə belə cavab verib: “Xeyr, təxribat məsələləri artıq bitib. Xırda təxribatlar isə hələ gözləniləndir və olacaq da. Amma qlobal təxribatlar artıq ola bilməz”.

Xəbərlər