KOMİTƏ İCLASLARI 4 May 2023, 15:48 | Baxış sayı: 240
"Yoxlamalar bəzi müəssisələrdə illərlə davam edir"

Yoxlamalar 30 gün müddətinə açılır, amma bu yoxlamalar bəzi müəssisələrdə illərlə davam edir.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Məşhur Məmmədov bildirib.

“İllərlə yoxlamaların aparılması müəssisələrin fəaliyyətində problemlər yaradır. Onların hesabları bağlanır, hətta onların partnyorları ilə problemlər yaradır. Əgər orada 1 yoxlama deyil, 3 yoxlama getməlidirsə, onların 3-ü də aparılmaldır”, - deyə deputat əlavə edib.

Xəbərlər