"Yardıma görə sərhəd qapılarının açılması Ermənistanı şirnikləşdirir"
Plenar iclaslar
17 Fevral 2023, 15:52 | Baxış sayı:
225
“Türkiyədə baş verən zəlzələdən sonra Ermənistan da Türkiyəyə humanitar yardımlar göndərdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan rəsmilərinin açıqlamalarından belə görünür ki, onların yardımı humanitar yox, daha çox siyasi məqsədlər daşıyır:
"Və bir yük maşını yardıma görə 35 illik sərhəd qapılarının açılması Ermənistanı şirnikləşdirir. Lakin sərhədlərin bağlı qalması səbəbi aktuallığını saxlayır. Çünki 10 noyabr bəyanatı hələ də tam icra edilməyib. Ona görə də, ermənlər düşünməməlidir ki, sərhəd qapıları açıq qalacaq. Türkiyə Azərbaycanın maraqlarına zidd hər hansı addım atmaz”.