Plenar iclaslar, Qanun Layihələri 15 Fevral 2022, 18:21 | Baxış sayı: 250
“Xüsusi nümayəndəlik institutunun tətbiqi üçün ilk növbədə inzibati idarəetmə məsələləri həll olunmalıdır”.

“Xüsusi nümayəndəlik institutunun tətbiqi üçün ilk növbədə inzibati idarəetmə məsələləri həll olunmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Kamran Bayramov deyib.

O bildirib ki, respublikamızda çox kiçik rayonlar var: “Vaxtilə hansısa rayonun parçalanması nəticəsində əmələ gəlmiş rayonlar var. Bu problemlər həll edildikdən sonra idarəetmənin optimallaşdırılmasına başlanıla bilər. Digər layihədə bələdiyyələrin siyahısına dəyişiklik edilir. Bələdiyyələrin birləşməsi də məntiqli olardı. Amma biz Gəncə şəhərində Kəpəz və Nizami bələdiyyələrini birləşdirsəydik, yenidən seçkilər keçirilməli idi. Bizdə bələdiyyələrin birləşməsi prosesi 2009-cu ildə və 2014-cü ildə olub. Bələdiyyələrə yeni səlahiyyət verilməsi məsələsindən öncə bələdiyyələrin birləşməsi məsələsinə baxmalıyıq. Bundan sonra onların səlahiyyətləri artırılmalıdır. Bu gün Bakıda 12 inzibati rayon, 53 bələdiyyə var. Buna nə lüzum var?!

Xəbərlər