Plenar iclaslar 23 İyun 2023, 15:42 | Baxış sayı: 171
"Əvvəl əldə ayaqqabı satardılar, indi dərman satırlar"

Dərman artıq qida kimi istifadə olunur. Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Tarif Şurası dərman idxalına mane olan qurumlardır.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında”qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, gömrükdə dərmanlar aylarla saxlanılır: “Məndə olan məlumata görə, heç onlar normal şəraitdə də saxlanılmır. Firma dərmanları deyirlər. Bu yaxınlarda yaxın qohumuma klinikaların birində diz qapağının qığırdağının bərpası üçün iynə vurdular. Qiyməti 350 manat idi. Bu dərman əldə satılır, apteklərdə yoxdur. Bunu bizə firmanın nümayəndəsi gətirdi. Əvvəl əldə ayaqqabı satardılar, indi dərman satırlar”.

 

Xəbərlər