İqtisadiyyat 3 İyul 2023, 14:59 | Baxış sayı: 138
“Vətəndaşların daxili turizmdən istifadəsinə şərait yaradılmalıdır”

"Hazırda dünyada turizmdə qiymətlərin artması müşahidə olunur. Bu da 2022-ci il və 2023-cü ilin ilk yarısı infilyasiya səviyyəsinin yüksək olması ilə bağlıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Deputat vurğulayıb ki, bu il dünyada infilyasiya səviyyəsində müəyyən səngimələr var:

"Amma bütün regionlarda qiymət artması müşahidə olunur. Qardaş Türkiyədə lirənın məzənnəsinin aşağı düşməsinə baxmayaraq, infilyasiya səviyyəsi yüksəkdir. Bu da qiymət artımına gətirib çıxarır. Ona görə də, daxili turizmin inkişaf etdirilməsi və vətəndaşların daha çox daxili turizmdən istifadəsinə şərait yaradılmalıdır. Vacibdir ki, biz həm qiymətlərin aşağı düşməsinə, həm keyfiyyətin yüksəlməsinə nail ola bilək. 

Daxili turizm obyektlərin sayının çox olması isə olduqca vacibdir. Ona görə də, qonşu ölkələrdə müşahidə olunan turizm xidmətlərində qiymət artımları, eyni zamanda bütövlükdə dünyada turizm xidmətlərinin qiymətlərinin artması daxili turizmin inkişafını daha da aktuallaşdırır".

Xəbərlər