Ümumi 27 Sentyabr 2023, 16:09 | Baxış sayı: 106
"Vətəndaşlara problemlər yaradırlar, qadağan edilməlidir"

Qanunsuz idman mərc oyunu “Mostbet" daha bir vətəndaşa qarşı dələduzluq əməli ilə gündəmə gəlib. Vətəndaşın 156 461 manatı mənimsənilib, hesabı isə bloklanıb.

Təəssüf ki, bu, ilk belə hal deyil. Vətəndaşlar qanunsuz mərc oyunlarında bəxtlərinin gətirəcəyinə inanır, nəticədə isə aldanaraq külli-miqdarda ziyana uğrayırlar. Qanunsuz qumar oyunları təşkil etmək və iştirakçısı olmaq qanun pozuntusudur.

Buna baxmayaraq "Mostbet", 1xBet" "Aviatr" kimi qanunsuz oyunları təbliğ edənlər arasında məşhur idmançılar, influenserlər, blogerlər də var.  


Milli Məclisin deputatı Vahid Əhmədov açıqlamasında deyib ki, qanunsuz  mərc oyunları dövlətin təhlükəsizliyinə zərbə vurur. Buna görə qadağan edilməlidir:

“Mərc oyunlarında tərəflər arasında mübahisələr yaranırsa, bunun həlli yolu məhkəməyə müraciət etməkdir. Əgər zərərçəkənin əlində sübut varsa, məhkəməyə şikayət edə bilər. Qadağa qoymaqla bu məsələləri həll etmək mümkün deyil. 

Qanunsuz qumar oyunları ilə bağlı müvafiq qanun qəbul olunub, orada ilkin müddəalar öz əksini tapıb. Problemlərin yaranıb, yaranmaması mərc oyunlarını təşkil edən şəxslərin özündən asılıdır – bunu hansı şəraitdə həyata keçirirlər. Bəzi mərc oyunlarında heç bir problem yaranmır, elələri də var ki, vətəndaşlara problemlər yaradırlar, dələduzluqla məşğul olurlar. Bu cür mübahisəli məsələlər qanunla da tənzimlənir, təbii ki. Amma ən efffektiv üsul məhkəmə yoludur”.

demokrat.az

Xəbərlər