Korrupsiya 1 Dekabr 2022, 12:48 | Baxış sayı: 237
"Vasif Talıbov həbs olunmalı, hər şeyi əlindən alınmalıdır"

Bu gün TV Müsavatın efirində, aparıcı Sevinc Telmanqızının "Canlı debat" verilişinə canlı telefon bağlantısı ilə qoşulan millət vəkili Vahid Əhmədov Naxçıvan olayları ilə bağlı danışıb.

 

V.Əhmədov baş verən korrupsiya və rüşvətxorluq hadisələrinin qəbuledilməz olduğunu deyib: "Ölkənin belə vəziyyətində Naxçıvanda bu hadisələrin üzə çıxması... Mən sizə deyim ki, bu, olmalı idi. Çünki Naxçıvan 20 il idi ki, özünü sərbəst dövlət kimi göstərirdi. Azərbaycanın mərkəzi icra orqanları ilə o qədər də sıx əlaqələri yox idi. İndi aparılan yoxlamalar bir çox məsələləri üzə çıxarır. Orada çox böyük maliyyədən söhbət gedir. Naxçıvana dövlət büdcəsindən 350 milyon manat ayrılıb. Əgər Naxçıvan bu cür inkişaf edirsə, Naxçıvanda bu qədər müəssisələr tikilirsə, o zaman gəlirləri hardadır? Hara gedir bu qədər vəsaitlər?"

 

V.Əhmədov eyni zamanda bildirib ki, V.Talıbovu işdən çıxarmaq yox, həbs etmək və oğurladıqlarını dövlətə qaytarmasını təmin etmək lazımdır: "Böyük maliyyədən söhbət gedir. Bu, müstəqilliyimizə təhdiddir".

Xəbərlər