Siyasət 28 Sentyabr 2023, 17:43 | Baxış sayı: 105
"Vardanyanın fərariliyi ona baha başa gəldi"

“Ruben Vardanyan və digərləri hesab edirdilər ki, Azərbaycan xalqına qarşı istədikləri cinayət əməli törədə bilərlər və törətdikləri bu cinayət əməlləri cəzasız qalacaq. Yanılırdılar. Özü də çox pis yanılırdılar. Onlar bilməli idi ki, heç bir cinayət cəzasız qalmır. Sadəcə, hər şeyin bir zamanı olduğu kimi,  Azərbaycan xalqına qarşı törədənlərin də hər birinin cəzasını çəkmə vaxtı var. Bundan əmin olsunlar. Onlar bundan yaxalarını qurtara bilməyəcəklər”.

Bunu açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlərlə bəyan edib ki, Xankəndidəki qondarma xunta rejiminin başında duran bütün cinayəkarlar törətdikləri cinayət  əməllərindən xilas ola bilməyəcək və onlar məsuliyyətə cəlb edilib, ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. 

“Artıq  həmin cinayətkarların törətdiklərə əməllərə görə cəzalarını çəkmə zamanı gəlib. Onlar bir-bir saxlanılaraq ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar”, - o qeyd edib.

Deputat əlavə edib ki,   Ruben Vardanyan da Qarabağda peyda olduğu gündən sülh prosesini pozub təxribatçı fəaliyyətlə məşğul idi: “Azərbaycan tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayan öz cinayətkar fəaliyyətini davam etdirdi. Onun bu cinayətkar fəaliyyəti təkcə Azərbaycana qarşı yox, həm də Qarabağdakı erməni əhalisinə qarşı yönəlmişdi. O öz çirkin niyyətləri üçün erməni xalqının öz oyununun qurbanına çevirib girov vəziyyətində saxlayırdı.  Azərbaycan bütün məsələləri danışıqlar yolu ilə həllinə üstünlük verəsə də, o erməniləri bu hərəkətdən çəkindirir,  sülh prosesinə zərbə vururdu. Bununla da o Azərbaycanı məsələnin həllində daha sərt addımlar atmağa vadar edirdi. 
Amma nəticədə nə oldu. Məhz Vardanyan kimilərin  təxribatçı fəaliyyəti Azərbaycanı vadar etdi ki, antiterror tədbirlərinə əl atıb oradakı terrorçuları tərkisilah etsin. Antiterror tədbirlərindən sonra belə Vardanyan mətbuata çıxıb sonadək Qarabağda qalacağını və savaşacağını bəyan edirdi. Amma nə oldu? İnsanları meydanda çətin, çıxılmaz  durumda qoyub fərarilik edib aradan çıxmağa çalışdı. Hesab edirdi ki, bu yolla  törətdiyi cinayətlərini bədəlini ödəmədən aradan çıxa biləcək. Yanlış düşünürdü. Unutdu ki, Azərbaycan əsgəri onu lazım olan  yerdə gözləyir. Gözləyirdi  və bilirdi ki, “ov” özü “tələyə” düşsün. Elə də oldu. O Azərbaycan ordusunun  addımlarını yaxşı hesablamamışdı. Hesablamamışdı ki, Azərbaycan ordusu hansı “ovu” necə  və nə cür, harada ovlamağı və “ov” mövqeyini də seçməyi yaxşı bilir.  Odur ki, onun bütün hiyləgərlikləri  nəticə vermədi. Acı aqibət ortalıqda.  Fərariliyi ona baha başa gəldi. Bilmirdi ki, yoldaşını çətin durumda qoyub, qaçan fərarinin son aqibəti yaxşı qurtarmır?
İndi digər cinayətarlar da Vardanyanın bu əməlindən nəticə çıxarsın. Bilsinlər ki, Azərbaycanın ədalət mühakiməsində yayınmaları mümkün olmayacaq. Hansı günsə onlar da öz layiqli cəzalarını alacaqlar. Hətta Ermənistanda olsalar belə”.

olke.az

Xəbərlər