Ümumi 16 Mart 2021, 14:46 | Baxış sayı: 408
Vahid Əhmədov: “Ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır”

“İxracın stimullaşdırılması üçün çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib. Xəbəri APA yayıb. Deputat bildirib ki, idxalda ərzaq məhsullarının üstünlük təşkil etdiyini bildirən deputatın fikrincə, Azərbaycanda ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır:

“Bunu Prezident İlham Əliyev də hökumət qarşısında vəzifə kimi qoyub. Korporativ idarəetmənin müsbət nəticələrindən biri Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsidir. Əvvəllər sahibkarlardan vergi ilə bağlı çox şikayət alırdıq. Bu gün isə demək olar ki, Azərbaycanda vergi ilə bağlı problem yoxdur. Respublikada korrupsiyaya qarşı mübarizə çərçivəsində də tədbirlər görülüb. Amma Azərbaycanın hüquq-mühafizə sistemində islahatların aparılması bizi daha çox maraqlandırır. Məhkəmə sistemində müəyyən islahatlara getmək lazımdır, məhkəmələrin müstəqilliyi təmin edilməlidir”.

V. Əhmədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən ayrılan vəsait çox azdır: “Oranın bərpası üçün 10 milyardlarla vəsait tələb olunacaq. Özəl təşkilatlardan, şirkətlərdən də istifadə etmək lazımdır. Məndə olan məlumata görə, İqtisadiyyat Nazirliyi bununla bağlı təkliflər hazırlayıb”.

“Rəqabət Məcəlləsi tezliklə qəbul edilməlidir”

Deputat deyib ki, uğurlarla yanaşı, ötən il pandemiya hökm sürüb. 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb. Ən çox azalmalar turizm sahəsində olub. İnflyasiyanın aşağı olması Azərbaycanda istehlak qiymətlərinin çox yuxarı olmamasına dəlalət edib.

“Ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi bizim üçün çox mühüm hadisə olub”.

Vahid Əhmədov bildirib ki, ikinci mühüm məsələ TAP-ın istismara başlamasıdır: “Ancaq bu uğurlarla yanaşı, ötən il pandemiya hökm sürüb. 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb. Ən çox azalmalar turizm sahəsində olub. İnflyasiyanın aşağı olması Azərbaycanda istehlak qiymətlərinin çox yuxarı olmamasına dəlalət edib. Bununla bərabər, bu sözləri 2021-ci ilin ilk 3 ayı üçün demək qeyri-mümkündür. Ərzaq və qeyri-ərzaq bazarında qiymət artımı müşahidə olunur. Qiymətlər durmadan artır. Görülən çox mühüm işlərə baxmayaq, bunun qarşısı alınmır. Hökumət bununla bağlı təkliflər hazırlamalıdır. Qiymət artımı çox ciddi problemlər yarada bilər. Bu gün bazarda inhisarçılıq və monopoliya var. Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bu məcəllənin qəbul edilməsi Azərbaycanda həm qiymət siyasətinə, həm də bazarda rəqabətə dəstək olacaq. Bunun qəbulunu tezləşdirməliyik”.

Xəbərlər