Cəmiyyət 16 May 2022, 17:19 | Baxış sayı: 439
""Üzdəniraq"ları ya tərbiyə etmək, ya da ölkədən çıxarmaq lazımdır".

"LGBT-nin təbliği mentalitetimizə yaraşmayan işdir. Bunu bizə Avropadan gətiriblər, inteqrasiyanın sonu da elə budur. Deyirlər Avropaya inteqrasiya edin, inteqrasiya olunanda da görürsüz də cavanlar nə ilə məşğul olurlar... Bəlkə də hələ evlənirlər siğə edib, çünki bizdə belə bir qanun yoxdur. Belə işlərin qarşısını almaq təbliğat aparmaq, gənclərlə iş aparmaq lazımdır. Kişi kişidir, qadın qadındır, yəni xəstədirlərsə, getsinlər müalicə alsınlar".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

E.Quliyev bildirib ki, bunları xaricdən maliyyələşdirirlər, oradan dəstək verirlər: “Bunların xaricdə təşkilatlar təşkil edirlər. Bu təşkilatlarla onların əlaqələri var, gedirlər, gəlirlər. Bizim xaricdə oturan bəzi ağzıgöyçəklər, söyüş söyənlər getsinlər orada bununla məşğul olsunlar. Onun-bunun balasını, qızını, ailəsini söyüşlə təhqir etməsinlər. Cəmiyyət buna qarşı olmalıdır. Çünki ta qədimdən Azərbaycanda belə şeylər qəbul olunmayıb. Düzdür biz demokratik dövlətik, ancaq bu o demək deyil ki, kim nə istəsə, necə istəsə o cür də etsin. Bu “üzdəniraqlar”ı ya tərbiyə etmək, ya da ölkədən çıxarmaq lazımdır. Mən 4-5 gün idi ki, Aşqabadda idim. Türkmənistan da müsəlman, türk dövlətidir. Orada bir dənə belə şeyə rast gəlmədim. Ümumiyyətlə, orada elə anlayış yoxdur. Biz bir qədər hər şeyə həddən artıq çox icazə veririk. İcazə verməyəndə də gedirlər orada-burada qışqırlar ki, hüquqlarımızı pozurlar, demokratiya, söz azadlığı yoxdur... Bunun günahını jurnalistlərdə də görürəm. Onlarla mübarizə aparmırlar. Əllərində qələm var, niyə onlarla mübarizə aparmırlar? Mən millət vəkili, ağsaqqal kimi qətiyyətlə deyirəm ki, onlara qarşı mübarizə aparmaq lazımdır. Gələcək nəsillərimizə hansı tərbiyəni veririk? Uşaqlarımız necə, hansı əqidə ilə böyüyəcək? Oğlanlar nə əsgər kimi əsgər, qadınlar nə qadın kimi qadın, kişilər də nə kişi kimi kişi... Təmiz qanlı Azərbaycan, türk qızları, oğlanları olmaldır. Şükür ki, məhəbbət də, sevgi də var. Belə də olmalıdır. Gələcək nəsil də bu cür böyüməlidir. Biz cəmiyyətimizi pozmamalıyıq. Millət vəkilləri, Qeyri-Hökumət Təşkilatları hamımız buna qarşı mübarizə aparmalı, fikrimizi bildirməliyik. Belə inteqrasiyanı istəmirik. Avropadan yaxşı şeyləri - mədəniyyəti, tarixi öyrənməliyik Dinimiz də buna qarşıdır. Bir insan kimi xəcalət çəkirəm, görün cəmiyyətimiz nə günə qalıb. Kitab, şeir, musiqi yazsınlar, bir qızı sevsinlər. Yoxsa oğlan oğlanı, qız qız sevir. Mən bir daha qeyd edirəm bu bizim cəmiyyətə yaraşan şey deyil, bununla mübarizə aparmalıyıq".

Xəbərlər