Cəmiyyət 2 İyun 2023, 15:49 | Baxış sayı: 74
“Uşaq pulu istəmək etik deyil”

"Mən və deputat həmkarlarım belə hesab edirik ki, indiki zamanda uşaq pulunun verilməsi ilə bağlı məsələnin əvvəlki səviyydə Milli Məclisdə qaldırılması etik deyil”.  

Demokrat.az 
xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. Onun sözlərinə görə, Qarabağın məskunlaşdırılması üçün böyük vəsaitlər lazımdır: 

"Minaların təmizlənməsinə küllü miqdarda vəsait lazımdır. Azərbaycan belə bir vəsait axtarışında olduğu zamanda uşaqlara da dövlət pul ayırması düzgün olmaz. Belə bir təklif populizm adlandırıla bilər. Növbəti illərdə, Qarabağda əhali tam məskunlaşandan sonra uşaq pulu ilə bağlı məsələni gündəmə gətirəcəyik. Dövlətin əlində imkanları olacaqsa, uşaq pulunun verilməsi ilə bağlı qərar verəcək. Bunu mərhələ-mərhələ həyata keçirtmək olar”.

Razi Nurullayev uşaq pulu ilə bağlı məsələnin əvəllər parlamentdə daha intensiv şəkildə müzakirə olunduğunu vurğulayıb:

"Biz bunu Milli Məclisdə tez-tez qaldırırdıq və hökumət də artıq bu barədə açıqlamalar verib. Amma Qarabağ müharibəsindən və topaqlarımız işğaldan azad olunandan sonra bu problem arxa plana keçdi. Torpaqların yenidən bərpası və bir milyona yaxın qaçqın və köçkünün öz yurdlarına qaytarılması üçün Azərbaycana çox böyük pullar lazımdır. Bunu unutmayaq”.

Xəbərlər