"Universitetin deqradasiyası başı pul silməyə qarışan rektorun heç vecinə də deyil"
"Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnı səsləndirilir və tələbələr də hamısı bir ağızdan bunu oxuyub oynayırlarsa, bu əyləncə deyil, təhlükədir".
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.
Deputat bildirib ki, gənc nəsilə Universitetlərdə təhsil verməklə yanaşı həm də, onların tənqidi təfəkkürü inkişaf etdirilməli, onlar yüksək davranışları ilə də seçilməlidirlər: "AZİ-də Baş verən bu rüsvayçı hadisə göstərdi ki, tələbələr birgə ifa etdikləri bu mahnını elə auditoriyalarda da oxuyurmuşlar. Bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa biilməz. Mən bu ali məktəbin yanından keçəndə tələbə davranışlarından dəhşətə gəlirdim. Bu da nəticə. Baş qarışıb pul silməyə, qohumbazlıq, dostbazlıqla məşğul olmağa, Universitetin deqradasiyası bu tip rektorun heç vecinə də deyil. Z nəslindən ZEK nəslinə keçiddir bu! Xudayar təsnifini nə tez unutduq!