Plenar iclaslar 12 Oktyabr 2021, 17:38 | Baxış sayı: 342
"Ümidvaram ki, gələcəkdə Xankəndi şəhidlərinin xatirəsi əbədiləşdiriləcək".

“Vətən müharibəsi başlayandan ilk gündən onlarla xankəndili gənc ordumuzun sıralarına yazıldı”.

APA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 122 saylı Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, Xankəndi şəhərindən olan azərbaycanlılar eyni zamanda informasiya müharibəsində də çox aktiv fəaliyyət göstəriblər: “Birinci Qarabağ müharibəsinin ilk qurbanları 1988-ci ildə Xankəndidə baş vermiş talanlar zamanı verilib. Bizim Xankəndi sakinlərimiz düşmən üzərində qələbə qazanılmasında yaxından iştirak ediblər. Ümidvaram ki, gələcəkdə Xankəndi şəhidlərinin xatirəsi əbədiləşdiriləcək. Müvafiq qurumların bu məsələlərə diqqət yetirməsini xahiş edirəm”.

Xəbərlər