Siyasət 7 Fevral 2023, 16:23 | Baxış sayı: 123
“Türkiyənin yaşadığı faciə Azərbaycanın bu gün ən böyük ürək ağrısıdır”

Qardaş Türkiyənin yaşadığı faciə Azərbaycanın bu gün ən böyük ürək ağrısıdır".

 Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, qardaş Türkiyəyə ilk anda yardım edən məhz Azərbaycan oldu:

"Türkiyənin rəsmiləri, mətbuatı, sosial şəbəkəsində Türkiyəyə ilk yardımın Azərbaycan tərəfindən olduğunu vurğuladı. İlk növbədə xilasedicilər, sonra isə səyyar hospitallar, eyni zamanda bu gün evsiz qalan insanların yaşaması üçün müvafiq şərait göndərildi. Türkiyəyə dəstək məsələsi bu gün cənab Prezidentin tapşırığı ilə ən yüksək səviyyədə həyata keçirilir.  Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Onun bu kədərdən çıxması üçün Azərbaycan dövləti, hər bir vətəndaşı hər an dəstək olacaq".

Xəbərlər