Ümumi 14 Noyabr 2022, 12:10 | Baxış sayı: 110
"Türkiyə inkişaf etdikcə ona qarşı təhdidlər də artır"

“Qardaş Türkiyə terrordan ən çox əziyyət çəkən dövlətlərdəndir. Türkiyə inkişaf etdikcə ona qarşı belə təhdidlər də artır. Qlobal qeyri-müəyyənliyə və yüksək idxal inflyasiyasına baxmayaraq Türkiyədə bu ilin ilk yarısında iqtisadiyyat 7.5 % böyüyüb. 2022-ci ildə qardaş ölkədə ÜDM-in 5.0 % artacağı proqnozlaşdırılır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.

 

V.Bayramovun sözlərinə görə, tarixi “taxıl anlaşması” kontekstində Türkiyə hazırda müharibə edən Rusiya və Ukraynanı bir araya gətirən yeganə ölkədir: “Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən qısa müddət sonra İstanbulda terror aktının törədilməsi də xeyili suallar yaradır. Türk dünyası gücləndikcə belə hədələr də artır. Amma Türkiyə, bütövlükdə isə Türk dünyası indi daha güclüdür. Bu gücün qarşısında hətta terror da məğlub olacaq. Biz hər zaman sizinləyik, Türkiyə”.

Xəbərlər