"Toy edən bilməlidir ki, toyxananın adını daşıyan xanım hansı əxlaqın sahibi olub"
Plenar iclaslar
27 Dekabr 2022, 13:37 | Baxış sayı:
219
“Bakının mərkəzində adların 95/%-i xarici dillərdədir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bizim “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunumuz nəzərə alınmır: “Lisenziya verən adam da icazəni verərkən ada diqqət etməlidir. Sərbəstliyi, vətəndaşların istəyini başa düşürəm. Bütün yunan tanrılarının adlarına Azərbaycanda toyxana var. Toyxanada toy edən adam bilməlidir ki, bu toyxananın adını daşıyan xanım hansı əxlaqın sahibi olub. Övladını oradan gəlin köçürmək onun əxlaqına uyğundur, ya yox! Dil məsələsi son dərəcə mühümdür”.
APA