Cəmiyyət 11 Mart 2022, 13:37 | Baxış sayı: 188
"Təhsil adında heç nə qalmayıb, məhvə gedir hər şey".

"Bütün təhsil müəssisələrində normal dərsləri bərpa etmək lazımdır. 3 gün Universitet, iki gün ev. Onlayn deyilən dərs yoxdur, oyuncaqdır. Tələbələrə ola bilsin ki, sərf edir, oxumurlar, gəzirlər, əylənirlər, əlləri də göydədir ki, dərs olmasın. Biz də tələbə olub görmüşük".

Meclis.infonun məlumatına görə, bu sözləri deputat Razi Nurullayev öz Facebook səhifəsində yazıb.

"Amma, gərək dövlət düşünsün ki, bu qədər savadsız kadrı hara yerləşdirəcək? Oxuyan varmı? Təhsil adında heç nə qalmayıb, məhvə gedir hər şey. Hər kəs əlinə bir smart telefon alıb, 5 dəqiqə dərsə həsr edir, bir vərəqi oxumamış, bir məsələni həll etməmiş, "tak-tak", keçir görsün kimdən mesaj gəldi?

Hər kəsin Votsapında 15-20 qrup və hər qrupda 30-40 tələbə, tappaturup yazışırlar, zarafatlaşırlar, şəkil və video bölüşürlər. Təhsildən başqa hər şey. Biabırçılıq.

Yazıq valideynlər də gah müəllim tutur, gah repetitor, gah kursa göndərir, gan nə bilim nə. Belə biabırçılıq olar?"

Bərpa edin təhsili. Daha bitdi pandemiya, bitdi!

Təkliflər verin, təhsili necə xilas edək?

Xəbərlər