İctimai Dinləmə 31 Oktyabr 2023, 14:00 | Baxış sayı: 81
“Tarixi toponimlərimizin bərpası ilə bağlı məsələləri həll etməliyik"

“Tarixi toponimlərimizin bərpası ilə bağlı məsələləri həll etməliyik".

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Qərbi Azərbaycan Toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, toponimlər hər bir xalqın şəxsiyyət vəsiqəsidir:

"Məhz buna görə də ermənilər ərazilərimizi işğal edib, xalqımızı deportasiyaya məruz qoyanda əvvəlcə toponimlərin adını dəyişib. Bu baxımdan sözügedən məsələ ilə əlaqədar qarşımızda bir çox məsələlər dayanıb ki, biz onları həll etməliyik. Hazırda bir sıra beynəlxalq təşkilatlar və Qərb dövlətləri müxtəlif bəyanatlarla çıxış edirlər. Xocalı soyqırımı yaşananda, azərbaycanlılar deportasiya olunanda heç bir beynəlxalq təşkilatdan səs çıxmayıb. Məhz Vətən müharibəsindən sonra ikili standartlar zəminində baş verənlər onu göstərir ki, sözügedən təşkilatlarda islahatlara ehtiyac var".

report.az

Xəbərlər