"Tarix dərsliklərində yanlışlıqlar var"
Tarix dərsliklərində yanlışlıqlar var.
Pravda.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev zəkasının işığında” mövzusunda gənclərlə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra məktəblərdə "Zəfər tarixi" dərsliyi tədris edilir:
"Həmin dövrdə Prezident İlham Əliyev Azərbaycan tarixi ilə bağlı yeni tezislər söylədi. Düzü, bu kitabı hələ monitorinq etməmişəm. Ona görə də həmin tezislərin yeni kitaba salınıb-salınmadığını bilmirəm. Ancaq bugünkü tarix kitablarında hadisələr müxtəlif cür verilib. Müstəqilliyimizin bərpası dövrü ilə bağlı yanlışlıqlar var. Çünki həmin kitabları yazan tarixçilər özləri o zaman riyakar olublar. Sözsüz ki, Heydər Əliyev böyük tarixi şəxsiyyət idi".