“Taksi qiymətlərinin artırılması vətəndaşlarımızın xeyri üçündür”
İqtisadiyyat
16 İyun 2023, 18:19 | Baxış sayı:
195
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin taksi qiymətlərinin birmənalı olaraq artacağı ilə bağlı çıxışının etirazla qarşılanmasına münasibət bildirib.
A.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, nə olur-olsun, dövlət bu addımı atıbsa, ancaq vətəndaşlarımızın xeyri üçün atıb.
“Bu, xidmətin yüksək səviyyədə olması, sıxlığın aradan qaldırıması baxımından nəzərdə tutulub, vəssalam. Məqsəd bundan ibarətdir. Hələlik birinci oxunuşdur, müzakirələr gedir, sonu nə olacaq, Allah bilir”, - deputat deyib.