Siyasət 6 Aprel 2023, 14:59 | Baxış sayı: 97
"Tacikistanın Türkiyə və Azərbaycanla çox sıx əlaqələri var"

"Türk Dövlətləri Təşkilatının böyük bir prespektivinin olduğunu bu gün bütün ciddi analitik mərkəzlər qeyd edirlər. İndi bu təşkilatın Türk dövlətlərindən başqa, Macarıstanın baş naziri də müşahidəçi üzv kimi iclaslarda vaxtaşırı iştirak edir. Tacikistanın da bu təşkilata ya bərabərhüquqlu üzv, yaxud da  müşahidəçi üzv kimi qəbul edilməsi bütün tərəflərin marağına cavab verərdi". 

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat qeyd edib ki, Tacikistan Orta Asiyada dörd türk dövləti ilə eyni regionda yerləşir.

"Tacikistanın bu dövlətlərlə, o cümlədən Türkiyə, Azərbaycanla çox sıx əlaqələri var. Həmçinin, ticarət, iqtisadi əlaqələr, strateji sahələrdə əməkdaşlıq günü-gündən artır. Bu baxımdan Tacikistanın Türk Dövlətləri Təşkilatına üzv olması, onun bu təşkilata üzv olan ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirərdi, eyni zamanda Türk dövlətlərinin Tacikistan iqtisadiyyatına böyük investisiyalar yatırtmaq imkanlarını əldə edə bilərdilər. 

Prespektivdə isə Türk Dövlətləri Təşkilatına türk dövləti olmayan ölkələrin də ya bərabərhüquqlu, ya da müşahidəçi üzv olması, hesab edirəm ki, ümumən dünyada sülhün, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində böyük bir rol oynaya bilər".

Mənbə: Demokrat.az

Xəbərlər